Sizin reklam burada
Sizin reklam burada
  • Qambiya sahillərində qayıq batıb, yeddi nəfər ölüb

    Atlantik okeanının Qambiya sahillərində miqrantları daşıyan qayıq aşıb.

    Bu barədə Qambiya polisi məlumat yayıb. Hadisə nəticəsində İspaniyaya məxsus Kanar adalarına qanunsuz yollarla çatmağa çalışan yeddi nəfər həlak olub. Paytaxt Bancul yaxınlığında aşan qayıqdan 96 nəfər xilas edilib. Faktla bağlı araşdırma başlanılıb.

    İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə Afrikadan Kanar adalarına dəniz yolu ilə təxminən 45 min qeyri-qanuni miqrant gəlib, onlardan 2 mini boğularaq həyatını itirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ