Sizin reklam burada
Sizin reklam burada
  • Rusiyalılar iri banklarda kredit limitlərinin azaldılmasından şikayətlənməyə başlayıblar

    Rusiyanın iri bankları kütləvi şəkildə kredit kartı limitlərini azaltmağa başlayıb.

    Müştərilər məhdudiyyətlərin qəfildən, əvvəlcədən xəbərdarlıq edilmədən və izahat verilmədən tətbiq olunmasından şikayətlənir. Bəzi hallarda limitlərin dəyişməsinin ardından kartlar bloklanıb, bankın bütün şərtlərinə əməl edilməsinə baxmayaraq, hətta gündəlik xərclərin də ödənilməsinə maneə yaranıb.

    Banklar limitin azaldılmasını maliyyə göstəricilərinin balanslaşdırılması və ehtiyatların - müştərilər tərəfindən faktiki istifadə olunmayan vəsaitlərin azaldılması zərurəti ilə izah ediblər. “Freedom Finance Global”ın analitiki Vladimir Çernovun sözlərinə görə, bu, vaxtı keçmiş borcların artması fonunda vəsait çatışmazlığı riskini azaltmaq üçün edilir.

    Maliyyə Savadlılığının İnkişafına Yardım Assosiasiyasının baş direktoru Elman Mehdiyev izah edib ki, belə borcalanlar mahiyyət etibarı ilə bankın vəsaitlərindən pulsuz istifadə edirlər, banklar isə orta illik 14% faiz dərəcəsi ilə bazara vəsait cəlb edərək etibarlı müştəriləri iqtisadi cəhətdən zərərə uğradır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ