Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 2025-2026-cı tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib. Türkiyədə başlanılan yeni maarif modeli barədə danışan ölkə başçısı deyib: “Yeni maarif modelimizlə biz yalnız insan yetişdirməklə kifayətlənmirik, eyni zamanda, bir sivilizasiya qurmağa çalışırıq”. Prezident Ərdoğan bildirib ki, bu günə qədər Türkiyədə ümumilikdə 4 milyard 78 milyon dərslik şagirdlərə ödənişsiz təqdim olunub. Laboratoriya sayı 21 min 849-dan 49 min 666-ya çatdırılıb. Son 22 ildə elm və incəsənət mərkəzlərinin sayı 20 dəfə artırılaraq 364-ə çatdırılıb. 23 il əvvəl ölkədə cəmi 2 min 791 idman zalı var idi. Hazırda bu rəqəm 12 min 214-ə yüksəlib. 2002-ci ildə təhsilə ayrılan ümumi büdcə cəmi 10,44 milyard lirə olduğu halda, 2025-ci ildə bu rəqəm 2 trilyon 186 milyard lirə təşkil edib.