Sizin reklam burada
Sizin reklam burada
  • Hitrou hava limanında sərnişin saxlanılıb

    Böyük Britaniyanın Hitrou hava limanında "Saudia Airlines" aviaşirkətinə məxsus təyyarədə insident baş verib.

    Hadisə nəticəsində bir sərnişin polis tərəfindən saxlanılıb.

    Ciddə–London marşrutu ilə hərəkət edən "Boeing 787" tipli təyyarə Hitrouya eniş etdikdən sonra sərnişinlərdən biri ekipaj üzvü ilə mübahisə edərək onu yumruqla vurub və daha sonra təyyarənin qapısını açmağa cəhd göstərib.

    Hadisəyə pilotlar tərəfindən təcili yardım çağırılıb, yerinə dörd yanğınsöndürən maşın, altı polis avtomobili və bir neçə təcili tibbi yardım briqadası cəlb olunub. Sərnişinin aqressiv davranışı digər sərnişinlərdə təşviş yaradıb, xüsusilə uşaqlı ailələr arasında qorxu hissi müşahidə olunub. Polis insidentlə bağlı sərnişini təyyarəni təhlükəyə atmaq şübhəsi ilə saxlayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ