Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, liderlər əvvəlcə köməkçilərin iştirakı ilə təkbətək görüşəcəklər. Sonra nümayəndə heyətlərinin tərkibində, ola bilsin, işçi nahar formatında danışıqlar planlaşdırılır. Daha sonra görüş prezidentlərin birgə mətbuat konfransı ilə yekunlaşacaq.
Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakovun sözlərinə görə, liderlər Ukrayna nizamlanmasının müzakirəsinə diqqət yetirəcək, həmçinin ikitərəfli iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.
