Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verilir.
Qeyd olunub ki, əməliyyat avqustun 14-də Əlahiddə Ümumqoşun Ordusunun hissələri tərəfindən Ukrayna ordusunun digər bölmələri ilə birgə həyata keçirilib.
Məlumatda bildirilib: “Mövcud məlumatlara görə, “Şahed” tipli PUA üçün komponentlər və İrandan gələn sursatla yüklənmiş "Port Olya - 4" gəmisi məhv edilib. Hücumun nəticələri dəqiqləşdirilir”.
Hərbçilər, həmçinin əlavə ediblər ki, ruslar “Olya” limanından İranın hərbi təyinatlı mallarının çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə edirlər.
