Sizin reklam burada
Sizin reklam burada
  • İtaliya sahillərində qayığın batması nəticəsində azı 20 miqrant ölüb

    Aralıq dənizində İtaliyanın Lampeduza adasının sahilində miqrant qayığının batması nəticəsində azı 20 nəfər ölüb.

    Liviyadan qeyri-leqal miqrantları daşıyan insan qaçaqmalçılarına məxsus qayığın Lampeduza sahilində batması siqnalını alan xilasedicilər 80 nəfərin həyatını xilas edə biliblər. Dənizdən 20 miqrantın cəsədi çıxarılıb.

    İtaliya rəsmiləri bildiriblər ki, hazırda sahil xilasetmə xidməti dənizdə başqa miqrantların axtarışı əməliyyatını davam etdirir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ