
BBC teleradio kompaniyasına istinadla xəbər verilir ki, təklifə “beş ildən yeddi ilədək atəşkəs rejimi, müharibəyə rəsmən son qoyulması, İsrail ordusunun Qəzza sektorundan tam çıxarılması və hər iki tərəfin əlində olan əsirlərin azad edilməsi” daxildir.
Qətər mediasının məlumatına görə, İsrail nümayəndə heyəti vasitəçilərlə danışıqlar aparmaq və irəliləyişə nail olmaq üçün bazar günü axşam Dohaya gəlib. Onlar dünən Misirin yüksəkvəzifəli rəsmiləri ilə görüşüb.
Xatırladaq ki, ötən həftə HƏMAS hərəkatı İsrailin atəşkəs təklifini rədd edərək müharibənin dayandırılmasını əhatə edən daha geniş sazişin müzakirəsinə hazır olduğunu bildirib.