Bu barədə Xorvatiya Prezidenti Zoran Milanoviç polşalı həmkarı Andjey Duda ilə görüşdən sonra jurnalistlərə bildirib.
“Polşa da Xorvatiya kimi bu məsələdə iştirak etmək istəmir”, - deyən Milanoviç vurğulayıb ki, bu cür müzakirələr tabu sayılmasa da, onlara ehtiyatla yanaşmaq lazımdır. Onun sözlərinə görə, Avropa ABŞ-dan daha böyük müstəqilliyə nail olmalıdır. “Bizə xarici siyasətdə muxtariyyət və mümkün olan yerlərdə daha çox həmrəylik lazımdır”, - deyə Xorvatiya Prezidenti bildirib.
Zoran Milanoviç xorvat hərbçilərinin Ukraynaya göndərilməsi əleyhinə dəfələrlə çıxış edib. O, ABŞ və NATO-nu Ukrayna vasitəsilə Rusiyaya qarşı proksi-müharibə aparmaqda ittiham edib və Qərbin Moskvaya qarşı sanksiyalarını “absurd” və “faydasız” adlandırıb.
