Sizin reklam burada
Sizin reklam burada
  • Alis Vaydel AfD-nin Kansler vəzifəsinə namizədi seçilib

    Almaniya üçün Alternativ Partiyasının (AfD) həmsədri və parlament fraksiyasının rəhbəri Alis Vaydel partiyanın Kansler vəzifəsinə namizədi seçilib.
    Saksoniyanın Riesa şəhərində keçirilən partiya qurultayında iştirak edən 600-dək nümayəndə yekdilliklə A.Vaydelə səs verib.
    İqtisadiyyat sahəsində doktorantura təhsili almış 45 yaşlı A.Vaydel ailəsi ilə İsveçrədə yaşayır. O, çıxışlarında Almaniyanın daxili təhlükəsizliyinin miqrasiya nəticəsində iflasa uğradığını, iqtidara gələcəyi təqdirdə atom elektrik stansiyalarının fəaliyyətinin bərpa ediləcəyini vurğulayır.
    AfD rəy sorğularının nəticələrinə əsasən Birlik ittifaqından sonra ikinci sıradadır. Lakin digər partiyaların onunla koalisiya qurmaq istəməməsi AfD-nin hökumətdə yer alması ehtimalını aradan qaldırır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ