Sizin reklam burada
Sizin reklam burada
  • Böyük Britaniya Livandan vətəndaşlarını çıxarmaq üçün əlavə çarter reyslər təşkil edib

    Böyük Britaniya Livandan çıxmaq istəyən vətəndaşlarına kömək məqsədilə əlavə çarter reyslər təşkil edib.
    Oktyabrın 2-də 150-dən çox Böyük Britaniya vətəndaşı hökumət tərəfindən təşkil olunan çarter reysi ilə Beyrutu tərk edib. Yüksək tələbatı qarşılamaq üçün Beyrut-Rafik Hariri Beynəlxalq Hava Limanından cümə axşamından etibarən əlavə reyslər həyata keçiriləcək və bu uçuşlar təhlükəsizlik şəraitinə uyğun olaraq davam etdiriləcək.
    Bildirilib ki, Böyük Britaniya hökuməti vətəndaşlarının kommersiya reyslərindən istifadə imkanlarını artırmaq üçün tərəfdaşlarla əməkdaşlığa davam edir. Bundan əlavə 700-dən çox hərbçi, Xarici İşlər və Daxili İşlər nazirliklərinin nümayəndələri, o cümlədən sərhəd xidmətinin əməkdaşları Kiprdə fövqəladə vəziyyət planlarının hazırlanmasına dəstək vermək üçün yerləşdirilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ