Sizin reklam burada
Sizin reklam burada
  • Pentaqon Ukraynanın F-16 qırıcısını itirməsini şərh etməyib

    ABŞ Müdafiə Nazirliyi Ukraynaya verilən ilk F-16 qırıcısının itirilməsi ilə bağlı məlumatı şərh etməkdən boyun qaçırıb.
    Pentaqonun nümayəndəsi jurnalistə bu məsələ ilə bağlı Ukrayna hakimiyyətinə müraciət etməyi məsləhət görüb. Adı açıqlanmayan amerikalı məmur isə Reuters agentliyi ilə söhbətində təyyarə qəzasının Rusiya hərbçilərinin hücumu ilə bağlı olmadığını bildirib.
    “The Wall Street Journal” nəşrinin yaydığı məlumata görə, ABŞ hökumətinin rəsmisi Kiyevin ona verilən Amerika qırıcılarından birini itirdiyini təsdiqləyib. O, təyyarənin vurulmadığını və qəzanın pilot səhvi ucbatından baş verdiyini deyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ