Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Harrislə debatlara hazırlaşmaq üçün Tramp 2020-ci il seçki yarışında iştirak etmiş sabiq demokrat və Konqresin Nümayəndələr Palatasının Havay ştatından olan üzvü Talsi Qabbardı cəlb edib.
Bildirilir ki, Donald Tramp bu il debat hazırlıqlarına 2016 və 2020-ci illərlə müqayisədə daha çox vaxt sərf edib. Müşavirləri ilə görüşlər zamanı o, debat zamanı verilə biləcək müxtəlif çətin suallar üzərində işləyir.
Harris-Tramp seçki debatının sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcəyi və ABC telekanalının moderatorluq edəcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
