Sizin reklam burada
Sizin reklam burada
  • Rusiyada meşə yanğınına görə regional fövqəladə vəziyyət tətbiq edilib

    Buryatiya ərazisində təxminən 550 hektar sahədə meşə yanğınları davam edir.
    Bu barədə Rusiya Federasiyasının Buryatiya Respublikası Meşə Təsərrüfatı Agentliyindən bildirilib.
    “Avqustun 8-i səhər saatlarına olan məlumata görə, Kurumkan, Mui və Şimali-Baykal bölgələrində 7 meşə yanğını baş verib. Hazırda respublika ərazisində 548,3 hektar ərazini əhatə edən meşə yanğınlarının söndürülməsinə 5 texnika və 150 nəfər canlı qüvvə cəlb olunub.
    Son 24 saat ərzində respublikada Şimal-Baykal bölgəsində bir meşə yanğını aşkar edilib. Yanğına səbəb şiddətli külək olub.
    Buryatiya Respublikasının meşələrində regional fövqəladə vəziyyət rejimi qüvvədədir”, – məlumatda deyilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ