Bu, Vatikanın rəsmi bəyanatında əksini tapıb.
Qeyd edilib ki, çoxlu xristian və başqa dinlərə inananlar Parisdə Olimpiya Oyunlarının açılış mərasimindəki bəzi səhnələrdən inciyib və Vatikan bu etirazlara qoşulmaya bilməz: “Ortaq dəyərləri birləşdirən belə bir mötəbər tədbirdə dini inancları təhrif edən metaforalara əl atıla bilməz”.
Qeyd edək ki, iyulun 26-da Parisdə keçirilən Oyunların açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyası nümayiş etdirilib, seksual azlıqlara yer verilib.
