Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ ordusu Qırmızı dənizdə husilərin 4 pilotsuz gəmisini məhv edib

    ABŞ ordusu Qırmızı dənizdə Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatının (husilər) dörd pilotsuz gəmisini məhv edib.
    Bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində bildirib.
    "Son 24 saat ərzində ABŞ hərbçiləri Qırmızı dənizdə husilərə məxsus 4 pilotsuz gəmini uğurla məhv edib”, - komandanlığın bəyanatında deyilir.
    Qeyd olunub ki, Amerika hərbçiləri gəmiləri ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün birbaşa təhdid hesab edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ