Bu barədə Almaniya Kansleri Olaf Şolts “The Wall Street Journal”da nəşr olunan məqaləsində yazıb.
Kansler qeyd edib ki, alyans ölkələri NATO-nu Ukrayna münaqişəsinə çəkmək cəhdlərinə müqavimət göstərəcək.
“Qərbin dəstəyinə baxmayaraq, Ukrayna tezliklə ciddi silah və sursat çatışmazlığı ilə üzləşə bilər. Beləliklə, bəzi maliyyə öhdəlikləri artıq tükənib, digərlərinin isə uzadılmasına ehtiyac duyulur”, - deyə o bildirib.
