Türkiyə Sahil Mühafizəsi Egey dənizində onlarla miqrantı xilas edib
Dünya
28-08-2023, 09:44
206
Atributinfo.az xəbər verir ki, Bodrum sahillərində Yunanıstan tərəfindən rezin qayıqlarla yenidən Türkiyə ərazi sularına buraxılan qeyri-qanuni miqrantlar xilas edilib. Sahil Mühafizə İdarəsinin qrupları Bodrum rayonunda 2 rezin qayıqda olan 42 qeyri-qanuni miqrantı xilas edib. Qeyri-qanuni miqrantlar rayon miqrasiya idarəsinə təhvil verilib.