Sizin reklam burada
Sizin reklam burada
  • Rusiyanın İstintaq Komitəsi Priqojinin öldüyünü təsdiqləyib

    Rusiyanın İstintaq Komitəsi Priqojinin öldüyünü təsdiqləyib Atributinfo.az xəbər verir ki, Rusiyanın İstintaq Komitəsi "Vaqner" özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin ölümünü rəsmən təsdiqləyib.
    Bu barədə İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
    Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətində Y.Priqojinə məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində eyni zamanda 6 sərnişin, o cümlədən "Vaqner"in komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Qəza nəticəsində təyyarədə olan 10 nəfər həlak olub.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ