Bunu İran XİN rəhbəri omanlı həmkarı Bədr bin Həməd bin Həmud əl-Busəidi ilə telefon danışığı zamanı deyib.
O, həmçinin Omanın konstruktiv rolunu yüksək qiymətləndirib və sanksiyaların aradan qaldırılması üzrə danışıqlar prosesində İslam Respublikasının prinsipial mövqeyini bəyan edib.
Omanın xarici işlər naziri öz növbəsində ölkəsinin İranla regional və ikitərəfli əməkdaşlığı genişləndirməyə hazır olduğunu açıqlayıb.
Tərəflər ikitərəfli, regional və beynəlxalq məsələləri də müzakirə ediblər.
/atributinfo.az/
