Atributinfo.az xəbər verir ki, İranın Sistan və Bəluçistan əyalətinin Sib və Soran şəhərlərinin polis bölməsinin əməkdaşları ilə naməlum silahlı şəxslər arasında atışma baş verib. İran telegram kanalları xəbər verir ki, hücum nəticəsində 3 polis əməkdaşı güllə yarası alıb. Bir polis isə xəstəxanaya aparılarkən yolda ölüb.