Atributinfo.az xəbər verir ki, Türkiyənin Bodrum bölgəsində zəlzələ olub. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, səhər saat 10:49-da Egey dənizində Krit adası ilə Bodrum arasında 4,8 bal gücündə zəlzələ baş verib. Dağıntı və tələfat barədə məlumat verilmir.