Bununla bağlı İran hökumətinin qərar verdiyi bildirilir. 13 vilayətdə çörəyin qiymətinin minimum 50% artdığı qeyd olunur.
İranın digər vilayətlərində də 22 avqustadək çörəyin bahalaşması ilə əlaqədar qərar veriləcək.
Bildirilir ki, ötən gündən çörəyin bahalaşdığı vilayətlərdə 600 qramlıq 1 ədəd “Səngək” çörəyinin qiyməti minimum 90 min rial (təxminən 2,14 dollar rəsmi məzənnə ilə), 500 qramlıq 1 ədəd “Bərbəri” çörəyinin qiyməti minimum 75 min rial (təxminən 1,78 dollar), 200 qramlıq 1 ədəd “Taftun” çörəyinin qiyməti minimum 40 min rial (təxminən 0,95 dollar) təşkil edib.
Qeyd edək ki, bundan öncəyədək İran hökumətinin rəsmiləri çörəyin qiymətinin artmayacağı ilə əlaqədar dəfələrlə açıqlama veriblər.
/atributinfo.az/
