Hücum nəticəsində azı dörd polis işçisi həlak olub. Onlardan üçünün hadisə yerində, birinin isə sonradan öldüyü bildirilir.
Terror hücumu ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində baş verib. Vilayətin mərkəzi bölgəsində, Taftan-Xaş avtomobil yolunda naməlum şəxslər patrul xidmətinin əməkdaşlarını atəşə tutublar.
Hazırda hadisənin təfərrüatları araşdırılır, hələlik rəsmi şərh verilməyib.
/atributinfo.az/
