Sizin reklam burada
Sizin reklam burada
  • Çavuşoğlu: -Rusiyanın seçkilərə təsir cəhdləri ilə bağlı Türkiyəyə heç bir məlumat daxil olmayıb

    Rusiya tərəfindən Türkiyədə keçirilən prezident seçkilərinə təsir etmək cəhdləri barədə məlumat daxil olmayıb.
    Atributinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun müvafiq ittihamlarına münasibət bildirərkən deyib.
    "Cənab Kılıçdaroğlu Rusiyaya qarşı təhdidlər dilə gətirib. Heç bir səbəbi olmadan ölkə ilə münasibətlərimizi korlamaq yaxşı deyil. Cənab Kılıçdaroğlundan konkret məlumatı olub-olmadığını soruşdum. Egər varsa elə bir məlumat, qoy paylaşsın. Cavab verdi ki, məndə [Rusiya tərəfinin hərəkətləri ilə bağlı] “belə təəssürat yaranıb”. Türkiyədə iqtidar iddiasında olan bir müxalifət lideri daha ciddi olmalıdır. Bizə də heç bir məlumat daxil olmayıb", - deyə nazir qeyd edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ