Fransanın bir sıra şəhərlərində etirazlar başlayıb
Dünya
18-04-2023, 09:37
213
Fransa Prezidenti Emmanuel Makronun bazar ertəsi xalqa televiziya ilə müraciətindən sonra ölkənin bir sıra şəhərlərində etirazlar başlayıb. Parisdə 2 000-ə yaxın etirazçı küçələrə çıxıb. Renndə də Prezidentin bələdiyyə binası qarşısında çıxışı zamanı 700 nəfər etirazını ifadə edib. Lionda 600-ə qədər nəfər meriyanın qarşısına toplaşıb.