Sizin reklam burada
Sizin reklam burada

Çin Tayvan fondlarına qarşı sanksiyalar tətbiq edib

Çin Tayvan fondlarına qarşı sanksiyalar tətbiq edib Çin hökuməti "Tayvan Demokratiya Fondu" və "Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fondu"na qarşı sanksiyalar tətbiq edir.
Bunu Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri İdarəsinin nümayəndəsi Ma Syaoquan deyib.
"Bu strukturlar beynəlxalq səviyyədə “demokratiya” və “əməkdaşlığın inkişafı” adı altında Tayvanın müstəqilliyini elan etməyə yönəlmiş separatçı fəaliyyətlə məşğuldurlar", - deyə Ma Syaoquan bildirib.
Onun sözlərinə görə, fondlar "kənar anti-Çin qüvvələrini cəlb etmək, materikə hücum etmək və nüfuzdan salmaq üçün əllərindən gələni edirlər".
Çin hökumətinin qərarı ilə bu fondların materik Çində təşkilatlar, müəssisələr və şəxslərlə əməkdaşlıq etməsi qadağan edilir. Bundan əlavə, yuxarıda qeyd olunan fondları maliyyələşdirən və ya onlara xidmət göstərən təşkilat, müəssisə və fiziki şəxslərə qarşı sanksiyalar da nəzərdə tutulur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ