Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyədə meşə yanğınları baş verib

    Türkiyədə meşə yanğınları baş verib Türkiyənin Kütahya vilayətində meşə yanğınları başlayıb.
    Hadisə Emet rayonunda qeydə alınıb.
    Məlumata əsasən, rayonun Küreci və Samrık kəndləri arasındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
    Kütahya valisi Əli Çelik yanğının 3 tərəfdən nəzarət altına alındığını açıqlayıb.
    Həmçinin bildirilib ki, Manisa valayətinin Akhisar rayonunda otluq ərazisində başlayan yanğın küləyin təsiri ilə meşəlik əraziyə keçib. Yanğının söndürülməsi davam edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ