Sizin reklam burada
Sizin reklam burada
  • Rusiyadan ABŞ və Ukraynaya XƏBƏRDARLIQ

    Rusiyadan ABŞ və Ukraynaya XƏBƏRDARLIQ Rusiya Prezidentinin sözçüsü Dmiri Peskov Ukrayna və ABŞ-a xəbərdarlıq edib.
    TASS-a istinadən xəbər veririk ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
    “Ukraynanın xarici silahlardan istifadə etmək cəhdləri vəziyyəti xeyli pisləşdirəcək. Bu, tamamilə arzuolunmaz ssenaridir. Ukrayna ən müasir silahlarla təmin edilir. Mən bu silahların bizim ərazimizə qarşı istifadəsinin hansı nəticələrə səbəb olacağından danışmaq istəmirəm. Bu, durumu əhəmiyyətli dərəcədə əlverişsiz istiqamətə doğru dəyişəcək”, - o söyləyib.
    D.Peskov bildirib ki, Qərbin daha müasir silahların Kiyevə tədarükü Ukraynanın durumunu daha da ağırlaşdıracaq, lakin Rusiyanın xüsusi əməliyyatına təsir etməyəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ