Sizin reklam burada
Sizin reklam burada
  • İraqdakı hərbi baza raket hücumuna məruz qalıb

    İraqdakı hərbi baza raket hücumuna məruz qalıb İraqın Ənbar əyalətindəki "Ayn əl-Əsəd2 hərbi bazası raket hücumuna məruz qalıb.
    Bu barədə "News 18" telekanalı xəbər verib.
    Məlumata əsasən, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qoşunlarının yerləşdiyi bazaya 5 raket atılıb. Hücum zamanı xəsarət alan olmayıb, dağıntılar da qeydə alınmayıb.
    Raketlərin növü və hücumun məqsədi barədə məlumat verilməyib. Raketlərin dəqiq kim tərəfindən atıldığı da məlum deyil.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ