Bu barədə İsrail ordu sosial şəbəkədə bildirib.
"Qəzzadan İsrailə atılan raketlərə cavab olaraq, biz indicə Qəzzada silah istehsal edən obyektə zərbə endirdik", - deyə qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Qəzza zolağından İsrailin cənubuna raketlər atılıb.
İsrail ordusu Qəzzadan atılan raketlərdən biri "Dəmir Qübbə" raketdən müdafiə sistemi tərəfindən dəf edildiyini bildirib.
