Sizin reklam burada
Sizin reklam burada
  • Tramp Green Card-ı ləğv edir

    Tramp Green Card-ı ləğv edir ABŞ prezidenti Donald Tramp məsləhətçiləri Cared Kuşner, Stefen Miller və Kevin Hastın təşəbbüsü ilə hazırlanan immiqrasiya siyasətini dəyişdirmək proqramını 16 mayda Konqresə təqdim edəcək.
    Dəyişikliklər paketində ABŞ-a köçmək istəyənlərdə ingilis dili, yüksək təhsil və invesitisiya yatırmaq potensialı olmasına önəm veriləcəyi qeyd olunub.
    Bundan başqa, islahatda ABŞ-da təmənnasız yaşamaq hüququ verən "Green Card” ("Yaşıl Kart”) lotoreyasının ləğvi nəzərdə tutulub.
    Xatırladaq ki, Tramp bu məsələni hələ 2017-ci ildə gündəmə gətirmişdi. Həmin ilin avqustunda uşaq yaşlarından qaçqın kimi gələn şəxslərə yaşamaq hüququ verən DACA proqramını ləğv etmişdi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ