Sizin reklam burada
Sizin reklam burada
  • İlk kosmonavtlarından biri də vəfat etdi

    İlk kosmonavtlarından biri də vəfat etdi SSRİ-nin ilk kosmonavtlarından sayılan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış Valeri Fyodoroviç Bıkovski 85 yaşında dünyasını dəyişib.
    Bu barədə kosmonavtların hazırlığı Mərkəzinin rəsmi saytında məlumat yer alıb.
    Sovet kosmonavtikasının ilk nümayəndələrindən olan V.Bıkovski ilə vida mərasimi martın 29-da baş tutacaq.
    V.F.Bıkovski 1934-cü ildə anadan olub. 1953-cü ildə Kamenka şəhərində 6-cı hərbi aviasiya məktəbində pilotların yetişdirilməsi üzrə ibtidai təhsil alıb. 1955-ci ildə isə hərbi aviasiya üzrə təlim-tədris mərkəzini bitirib.
    O, 1960-cı ildən hərbi hava qüvvələrinin ilk kosmonavtlar heyətinə daxil olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ