Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan–Özbəkistan: dostluq və qardaşlığın təntənəsi


    Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşəbbüsü və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Azərbaycan-Özbəkistan: əbədi dostluq, sarsılmaz birlik” adlı tədbir keçirilib. Bu barədə BŞTİ-dən bildirilib. 


    BŞTİ-nin “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə hər iki xalqın milli-mədəni irsini, adət-ənənələrini və ortaq mənəvi dəyərlərini əks etdirən guşələrlə, Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.


    Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxışında iki xalqı birləşdirən çoxəsrlik dostluq və qardaşlıq ənənələrindən, ortaq tarixi köklərdən və mədəni bağlılıqdan bəhs edib, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafının, xüsusilə gənc nəslin qarşılıqlı tanışlıq və mədəni mübadilə imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.


    YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iki qardaş xalqın ortaq tarixi-mədəni irsinin və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini qeyd edərək təhsil və mədəniyyət yönümlü tədbirlərin əlaqələrin möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb.


    BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay xanım Qurbanova təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, qardaş xalqlarımızın mədəni irsinə marağının artırılması, ortaq tarixi-mədəni əlaqələr barədə biliklərinin zənginləşdirilməsinin əhəmiyyəti barədə danışıb. Bildirib ki, bu cür maarifləndirici tədbirlər şagirdlərin dünyagörüşünün genişləndirilməsinə, yaradıcılıq və tədqiqatçılıq bacarıqlarının inkişafına, potensiallarının üzə çıxarılmasına əlverişli imkanlar yaradır.


    Tədbirdə Əminə xanım Musayevanın rəhbərlik etdiyi “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin dərnək üzləri də iştirak ediblər.


    Şagirdlərin ifasında iki qardaş xalqın zəngin mədəniyyətini, tarixi irsini, milli adət-ənənələrini və dostluq münasibətlərini əks etdirən ədəbi-bədii kompozisiyalar təqdim olunub.

     

    Hüseynbala Həsən




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ