Sizin reklam burada
Sizin reklam burada
  • Astara Pedaqoji Kollecində Bilik Günü


    Sentyabrın 15-i – Bilik Günü münasibətilə Astara Pedaqoji Kollecində tədbir keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Pedaqoji Kollecinin direktoru, Prof. Kamran Kazımov, Astara Rayon İcra Hakimiyyətinin Sektor müdiri Mərasim Hacızadə, Astara Rayon Təhsil sektorunun müdiri Xədicə Əliyeva, Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Bahadır Əhmədov, Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Rayon Veteranlar Təşkilatının sədri Rafiq Əliyev, tələbələr və valideynlər iştirak ediblər.

    Öncə Pedaqoji Kollecin həyətinidə şəhidlərin əziz xatirəsinə inşa edilmiş abidənin açılışı edilib və önünə tər güllər düzülüb. 

    Tədbir ulu öndər Heydər Əliyevin və dövlətimizin suverenliyi uğrunda qəhrəmancasına şəhid olmuş övladlarımızın əziz xatirəsi sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. 

    Tədbirdə çıxış edənlər tələbələri və onların valideynlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, gənc nəslin savadlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik şəxsiyyət kimi formalaşmasında təhsilin mühüm rolundan danışıblar. Bildirilib ki, Bilik Günü yalnız yeni tədris ilinin başlanğıcı deyil, həm də elmə, biliyə və gələcəyə inamın ifadəsidir. Təhsil sahəsində əldə olunan uğurlar ölkənin davamlı inkişafında mühüm əhəmiyyət daşıyır. Çıxışlarda tələbələrə təhsildə uğurlar, qarşıdakı tədris ilində yüksək nailiyyətlər və yeni biliklər əldə etmələri arzulanıb.

    Tədbir xoş və səmimi ovqatda davam edib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ