Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edənlər Azərbaycan Ordusunun şanlı tarixindən, hərbçilərimizin qəhrəmanlığından və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, idman gənclərin sağlam, intizamlı və Vətənə bağlı ruhda formalaşmasında mühüm rol oynayır.
Tədbir çərçivəsində klubun idmançılarının iştirakı ilə kikboksinq üzrə nümunəvi çıxışlar və yoldaşlıq görüşləri keçirildi. İdmançılar yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək tamaşaçıların marağına səbəb oldular.
Sonda fərqlənən idmançılar təltif edildi, tədbirin təşkilində əməyi olan məşqçilərə və iştirakçılara təşəkkür bildirildi. Tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə başa çatdı.
Aybəniz Abdulova,
AJB-nin üzvü,
araşdırmaçı jurnalist
