Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən "atributinfo.az" a verilən məlumatdə bildirilir ki, dünyanın 30-a yaxın ölkəsindən ombudsmanlar, milli insan hüquqları institutlarının nümayəndələri, beynəlxalq təşkilatlar, dövlət qurumları və ekspertlər bir araya gələrək süni intellektin insan hüquqlarına təsiri, etik çağırışlar və gələcəyin məsuliyyətləri barədə fikir mübadiləsi aparacaqlar.
İnnovasiya ilə insan hüquqlarının qovuşduğu bu mühüm platforma qlobal əməkdaşlığa və yeni yanaşmaların formalaşmasına töhfə verəcək.
Bəradər Səməndərli
"Atributinfo.az"
