Sizin reklam burada
Sizin reklam burada
  • YAP Astara rayon Təşkilatının rəhbərliyi şəhid ailəsini və məzarını ziyarət ediblər

    Bu gün-06.06.2026-cı il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi Arif Qeybiyevin doğum günündə, Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov, aparatın əməkdaşları Zülfi Həbibov, İdrak Seyfullazadə, YAP fəalları və ictimaiyyət nümayəndələri şəhidin ailəsini, sonra müqəddəs məzarını ziyarət ediblər.

    "Atributinfo.az" məlumat üçün xəbər verir ki, Arif Qeybiyev 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. Tankçı Qeybiyev Arif 2020-ci il sentyabrın 27-də Füzulinin azadlığı uğrunda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

    Ruhun şad olsun Şəhidim!

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ