Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Azərbaycan iqtisadiyyatının forması dəyişməyə başladı yəni, keçmişdə olduğu kimi planlı sosial iqtisadiyyatın əvəzinə ölkəmizdə bazar iqtisadiyyatının qanunları ilə fəaliyyət göstərən müəssisələr fabriklər və başqa istehsal və xidmət sahələri yaranmağa başladı. Məlumdur ki, bazar iqtisadiyyatı qanunlarına riayət etmək və gəlir əldə etmək iqtisadi bilik tələb edir. Hətta, heç bir ali təhsili olmayan hər hansı vətəndaş özünə güvənərək özəl müəssisə açır və onu gəlirlə idarə edir. Çünki burada əsas ağıl, səbir, ədalətlilik əsas yer tutur. Bəzən olur ki, dövlətdən külli miqdarda kredit götürüb iş qurmaq istəyən insanlar gözlənilən nailiyyəti əldə edə bilmir və müflisləşir çünki, həmin sahədən məlumatlı olmadığına və hesablamadan anlayışı olmadığına görə bu vəziyyətə gəlir. Amma elə vətəndaşlarımız var ki, dövlətdən heç bir kredit götürməyərək öz müəssəsini genişləndirir. Belə müəssisələrdən biri də Füzuli rayonu Balabəhmənli kəndində yerləşən Təbriz müəssisəsidir. Demək olar ki, bu müəssisə uzun illər sıfırdan başlayaraq öz istehsal və xidmət sahəsini ilbəil genişləndirir. Demək olar ki, rayonda yeganə xidmət və istehsal sahəsi olduğuna görə onların bu xidmətindən vətəndaşlar daimi razılıq edir. Müəssisənin rəhbəri Əbülfət müəllim öz işçilərinə daimi qayğı ilə yanaşır, onların problemləri ilə yaxından maraqlanır və onlara lazımi köməklik edir. Ən maraqlı cəhəti ondan ibarətdir ki, Əbülfət müəllim öz qazancını daimi xeyriyyə işinə xərcləməyi xoşlayır. Belə ki, o, işçilərinə tur şəklində Respublikanın gəzməli, görməli yerlərinə səyahət təşkil edir və onlarla bərabər, bu turlarda özü də iştirak edir. Hətta, işçilərin başqa vətəndaşlardan seçilməsi üçün tur zamanı xüsusi kepkalar sifariş verib onlara hədiyyə edir. Əbülfət müəllimin bu xeyirxah işində ona uğurlar, yeni-yeni nailiyyətlər arzu edirik.