Sizin reklam burada
Sizin reklam burada
  • Hörmətli Mehman müəllim!

    Hörmətli Mehman müəllim!

    Ömür yolunuzun müdriklik və təcrübə zirvəsi – 70 illik yubileyiniz münasibətilə, Sizi sevən doğmaların sevincinə qoşularaq səmimi qəlbdən təbrik edir, dərin ehtiramımızı bildiririk.
    Sizin həyat yolunuz Kürdəmir kimi ağır və ulu bir eldən başlayaraq, Azərbaycanın ali və orta ixtisas təhsili və idarəçilik sisteminin ən məsuliyyətli pillələrinə qədər yüksələn zəhmət, əzm və yüksək intellekt nümunəsidir. Azərbaycan Politexnik İnstitutunda mühəndislik texnologiyalarına dərindən yiyələnməyiniz, ardınca isə dilçilik sahəsində ərəb dili tərcüməçisi ixtisası üzrə ali təhsil almağınız Sizin hərtərəfli inkişaf etmiş bir şəxsiyyət olduğunuzu parlaq şəkildə nümayiş etdirir.
    2007-ci ildə müdafiə edərək aldığınız pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi Sizin nəzəri biliklərinizi praktiki rəhbərlik bacarığı ilə birləşdirdiyinizin təsdiqi oldu. Uzun illər xarici ölkələrdə çalışmanız, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində rəhbər kimi göstərdiyiniz səmərəli fəaliyyət orta ixtisas təhsili sistemində müasir təlim-tərbiyə modellərinin formalaşmasına mühüm töhfələr vermişdir.
    Siz öz səmərəli fəaliyyətinizlə ölkəmizin neft sənayesinə minlərlə gəncin peşəkar kadr kimi yetişməsinə vəsilə olmuş, pedaqoji sahədə qazandığınız yüksək nüfuzla həmkarlarınızın və tələbələrinizin qəlbində silinməz iz qoymuş əsl müəllimsiniz. Sizin yüksək məsuliyyət hissiniz və dövlətçilik prinsiplərinə sadiqliyiniz hər bir ziyalı üçün örnəkdir.
    Bu əlamətdar gündə Sizə Uca Tanrıdan möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və tükənməz yaradıcılıq enerjisi arzulayırıq.

    Qoy nurlu ömür yolunuz hər zaman uğurlarla, əzizlərinizin və dostlarınızın sevgisi ilə dolu olsun!



    Vidadi Orucov
    pedaqogika elmləri doktoru, professor

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ