Onun sosioloji və politoloji zəkası, imtahan dolu həyata ciddi baxışları, ictimai aləmdə baş verən hadisələri, hərəkət və hərəkətsizlikləri düzgün analiz edərək mükəmməl nəticəyə gəlməsi yüksək təfəkkür və idrak sahibi olmasından xəbər verir.
Söhbət dəyərli dostum Ramilə (Ramilə Sultan) Dadaş qızı Eminlidən gedir.
Məhz bu kimi zəngin təcrübənin elmi əsaslarına yiyələnmək arzusu haqlı olaraq Ramilə xanımın qəlbində baş qaldırdığıdan hədəfə doğru mübarizə meydanına atılaraq bu günlər yüksək uğura imza atdı.
Bəli, Ramilə Eminli (Ramilə Sultan) sənədlərini Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlətçilik Akademyasına (DİA) verərək dövlət imtahandan müvəffəqiyyətlə keçdi və siyasi idarəetmə fakültəsində qəbul olub, tələbə adını qazandı. Heç nə ilə əvəz oluna bilməyəcək bu sevincə "Atribut" qəzetinin və "atributinfo.az"ın yaradıcı kollektivi adından qoşulur, Ramilə xanımı ürəkdən təbrik edir, ona bu şərəfli yolda davamlı uğurlar, parlaq gələcək arzulayıram.
Bu uğur, bu sevinc nəticələrdi,
Hədərə getmədi şükür, əməyin.
İşıqlı sabahlar gözləyir səni,
Gələcək sənindir, sən gələcəyin.
Çiçərib çıxacaq, bəhər verəcək,
Çəkdiyin zəhmətin, əkdiyin dəndir.
Böyük bir hikmət var yaranışında,
Adının mənası uzaqgörəndir.
İdrakı, zəkanı, əqli, kamalı,
Həyat qarşılayır ehtiram ilə.
Tələbə adını təbrik edirəm,
Kollektiv adından, gözəl Ramilə!
Bəradər Səməndərli
"Atribut" qəzetinin və
"atributinfo.az"ın saytının baş redaktoru
