Sizin reklam burada
Sizin reklam burada
  • İlahiyyatçı alim, millət vəkili Ceyhun Məmmədovdan gənclərə ibrətamiz tövsiyələr

    Dəyərli gənclər, tövsiyələrimi yenidən sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:

    1. “Palaza bürün el ilə sürün” deyənlərə fikir verməyin. Doğru nədir hər zaman onu edin.

    2. “Bu dünyada heç kimə yaxşılıq etmək lazım deyil” deyənlərə qulaq asmayın. Hər zaman insanlara yaxşılıq edin.

    3. İnsanlığınızı, mənəviyyatınızı və ləyaqətinizi heç nəyə qurban verməyin.

    4. İnsanların ürəyini heç zaman qırmayın. Bilin ki, həyatda nə etsəniz o da qarşınıza çıxacaq.

    5. Hər zaman ədalətli olun. Hətta sizə qarşı ədalətsizlik edənlərlə belə ədalətsiz davranmayın.

    6. İnsanlar haqqında ön mühakiməli olmaqdan çəkinin, hər zaman müsbət düşünün.

    7. Hər zaman yalan və qərəzdən uzaq olun. Dürüstlüyünüzü cılız hisslərə qurban verməyin.

    8. İnsanlara qarşı kobud olmayın. Onlarla hər zaman xoş və mülayim davranın.

    9. Əvvəl düşünün sonra danışın. Unutmayın ki, dil yarası çox ağır olur.

    10. İnsanların arxasınca danışmayın, qeybətdən, söz gəzdirməkdən hər zaman uzaq olun.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ