Sizi doğum gününüz münasibətilə Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov və onun kollektivi adından səmimi qəlbdən təbrik edirik.
Sizin rəhbərlik fəaliyyətiniz, dövlətçilik prinsiplərinə sadiqliyiniz və cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakınız hər zaman yüksək qiymətləndirilir. Astara rayonunda həyata keçirilən uğurlu layihələr, gənclərlə aparılan məqsədyönlü iş və milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir.
Siz öz peşəkarlığınız, prinsipial mövqeyiniz və insanlara olan diqqət və qayğınızla ətrafınızdakıların dərin hörmətini qazanmış bir rəhbərsiniz. Bu gün əldə etdiyiniz nailiyyətlər uzun illərin zəhməti və vətənə sədaqətli xidmətinizin nəticəsidir.
Eyni zamanda, kollecin ictimai həyatında fəal iştirakınız, təhsil ocağımıza göstərdiyiniz dəstək və diqqət kollektivimiz tərəfindən hər zaman minnətdarlıqla qarşılanır. Tələbələrin inkişafına, onların maariflənməsinə və sosial fəallığının artırılmasına verdiyiniz töhfələr xüsusi əhəmiyyət kəsb edir.
Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Qoy həyat yolunuz daim uğurlarla dolu olsun, həyata keçirdiyiniz bütün təşəbbüslər ölkəmizin inkişafına və rifahına xidmət etsin.
Astara Pedaqoji Kollecinin rəhbərliyi və kollektivi
P.S. Azərbaycanın dəyərli ziyalı oğlu, hörmətli dostumuz Həbib Cəfərov müəllim, təbrikə "atributinfo.az"ın yaradıcı kollektivi adından mən də qoşulur, Sizə yeni yaşınızda yeni-yeni uğurlar, mənalı-bərkətli ömür, möhkəm can sağlığı arzulayıram! Doğum gününüz mübarək!
Bəradər Səməndərli
"Atributinfo.az"
