İnsan ömrü böyük Yaradanın yazılı sah əsəridir. Bu əsər əsas qəhrəman tərəfindən vərəq-vərəq, sətir-sətir yaşandıqca məzmunlaşır, mənalanır, tarixləşir. Lakin hər insanın həyat və fəaliyyəti, yaşam tərzi, fərqli-fərqli üsulub, ayrı-ayrı məna, xarakter və məzmuna malikdir. İnsan var ki, məsafəsindən asılı olmayaraq, yaşadığı ömrü şumlayıb keçir, necə deyərlər eroziyaya aparır, hədər edir. İnsan da var ki, ömrünün hər anı səmərəli, mənalı, faydalı zəngin xəzinədir. Bu xəzinəyə müdaxilə etdikcə, orada xalqa, vətənə, millətə nümunəvi xidmətin bitib tükənməyən akkordları adamı valeh edir.
Mayası insanlıq cövhərindən yoğrulan, əməli sözündə, sözü əməlində inikas olunan, yolu haqq-ədalət, amalı xeyirxahlıq missiyasına söykənən Milli Məclisin deputatı, millət vəkili, fəlsəfə doktoru Cavanşir Paşazadə məhz Allahın bu cür sevimli bəndələrindəndir.
Bu gün-aprelin 12-si Cavanşir müəllimin mövludu günüdür. Onun baharda dünyaya göz açması da Allahın hikmətdir. Cavanşir müəllim üzün illərdir ki, qəlbinin hərarətini, ömrünün qiymətli anlarını xalqımızın, millətimizin firavan gələcəyi naminə insanlara xidmətə, vətəndaş məmnunluğuna xərcləyir. Onun, bu mənada ömür kitabının başlığını XALQIN SEVİMLİSİ adlandırmaq olar.
Hörmətli Cavanşir müəllim, dünyaya xoş gəlmisiz. Nə yaxşı ki, doğulmusuz.
Başçılıq etdiyim "atributinfo.az"ın yaradıcı kollektivi adından Sizi ürəkdən təbrik edir, uca Tanrıdan davamlı həyat və fəaliyyətinizdə yeni-yeni uğurlar, uzun və mənalı ömür, möhkəm can sağlığı, ailə səadəti arzulayıram!
Bəradər Səməndərli
"Atributinfo.az"
