Sizin reklam burada
Sizin reklam burada
  • Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzinin nümayəndələri ADPU-da olublar

    Mayın 26-da Özbəkistanın Fərqanə Dövlət Universitetinin nümayəndələri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

    Bu barəd universitetdən məlumat verilib

    Özbəkistanın Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Məftunə Odilxujayeva və nümayəndə heyətinin digər üzvləri ADPU-nun prorektoru professor Mahirə Hüseynova ilə görüş keçirib, elmi və tədris sahəsində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

    Tədbirdə Mahirə Hüseynovaya universitet adından xatirə hədiyyələri təqdim olunub.

    Səfər proqramı çərçivəsində özbəkistanlı nümayəndələr ADPU-da keçirilən “Türk Dünyası və Piri Türküstan: Yəsəvi yolu və irsi” mövzusunda beynəlxalq elmi konfransda, eləcə də “Azərbaycan dilçiliyi XXI əsrdə: reallıqlar və perspektivlər” adlı elmi-praktik konfransda iştirak ediblər.

    Səfər Azərbaycan və Özbəkistan arasında elmi əlaqələrin inkişafında əhəmiyyətli addım kimi qiymətləndirilir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ