Sizin reklam burada
Sizin reklam burada
  • İcra başçısı Elvin Paşayevə rayonumuzun təhsil işçiləri adından təşəkkür edirik

    ,,Dilarə müəllimin ailəsinə göstərdiyi diqqət və qayğıya görə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayevə rayonumuzun təhsil işçiləri adından təşəkkür edirik.

    Goygöl rayon ictimaiyyətinə, eləcə də, təhsil işçilərinə ağıqr itki üz verib. Əməkdar müəllim Dilarə Qazıyeva vəfat edərək haqqın dərgahına qovuşub.
    Bu gün-26.05.2025-ci il tarixində Respublikanın Əməkdar müəllimi Qazıyeva Dilarə Halay qızının dəfn mərasimi təşkil olunub.
    Dilarə müəllimin son mənzilə yola salınması ilə bağlı mərasimdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, ATİAHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev iştirak edib.
    Rayon ağsaqqalı Azadxan Haqverdiyev Dilarə müəllimin təhsil, əmək və pedaqoji fəaliyyətindən danışıb.

    Mərasimdə Dilarə müəllimin uzun illər fəaliyyət göstərdiyi Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin çoxsaylı müəllim kollektivi, o cümlədən sinif rəhbəri olduğu 8b sinif şagirdləri iştirak edib.

    Dilarə müəllimin ailəsinə göstərdiyi diqqət və qayğıya görə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayevə rayonumuzun təhsil işçiləri adından təşəkkür edirik.

    Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi adından Dilarə Qazıyevanın yaxınlarına və doğmalarına başsağlığı verir. Rayon təhsil işçiləri adından ailəsinin dərdinə şərik olduğumuzu bildiririk.

    ATİAHİ-nın Göyğöl rayon komitəsi









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ