Konqresdə iştirak edən Milli Məclisin deputatı Müşfiq Məmmədli öz təəssüratlarını "atributinfo.az"-la bölüşüb:
"Tədbir Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən təşkil olunur və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmişdi.Tədbirdə dünyanın 20-dən artıq ölkəsindən tanınmış kardioloqlar, ürək-damar cərrahları və tibbi mütəxəssislər iştirak edərək bu sahədəki son yenilikləri, elmi tədqiqatları və təcrübələri müzakirə etdilər.
Bu cür beynəlxalq miqyaslı elmi tədbirlərin keçirilməsi ölkəmizdə kardiologiya və damar cərrahiyyəsinin inkişafına böyük töhfə verir."- Deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
