"Atributinfo.az" xəbər verir ki, proqram Heydər Əliyev Muzeyinə baxışla başlayıb. Qonaqlar muzeydəki eksponatlarla tanış olub, ümummilli liderin irsi haqqında ətraflı məlumat alıblar. Daha sonra şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Tədbirdə xalq artisti Rafael Bayramov çıxış edərək Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü işlərdən danışıb və bu irsin yaşadılmasının vacibliyini vurğulayıb. Festival iştirakçıları tərəfindən təqdim olunan musiqi və bədii nömrələr tədbirə rəng qatıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
