Sizin reklam burada
Sizin reklam burada
  • Veteranlara göstərilən diqqət və qayğı gündən-günə artırılır

    Ölkəmizin iqtisadi qüdrəti artıqca əhalinin həyat səviyyəsi, yaşayışı daha da yaxşılaşır. Ermənistan üzərindəki tarixi qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki reiytinqi daha da yüksəlib. Biz fəxr edir və qürur duyuruq ki, Azərbaycan kimi qüdrətli bir ölkənin vətəndaşıyıq. Dövlət başçımızın diqqət və qayğısı bütün sahələrdə özünü açıq şəkildə büruzə verir. Şəhid ailələri, Vətən müharibəsində şücaət göstərən qazilərimiz, həmçinin əmək və müharibə veteranlarının sosial müdafiəsi getdikcə gücləndirilir, onların sağlamlıqlarının qorunması prioritet vəzifəyə çevrilib.

    Mən də Əmək veteranı olaraq bu qayğını gündəlik həyatımda hiss edirəm. Bu yaxınlarda Müharibə Veteranlarının Respublika Xəstəxanasında müalicə olunarkən dövlətimizin diqqət və qayğısını yaxından hiss etdim. Mən buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm.

    Onu da qeyd edim ki, bu xəstəxanada müharibə veteranları ilə yanaşı, əmək veteranları da hər cür qayğı ilə əhatə olunublar. Bütün xərclər dövlərt vəsaiti hesabına həyata keçirilir. Xəsətxananın geniş həyəti, yaşıllıq, səliqə-sahman, gəzinti üçün əlverişli şəraitin yaradılması da ən yaxşı müalicədir. Həkimlərin və tibb bacılarının səmimiyyəti, gülər üzü, mehriban davranışı bir anlıq ağrı-acımızı unutdurur. Bu şəfa ocağında çalışanların, demək olar ki, hamısı bir-birindən mehriban, qayğıkeşdir. Ancaq mən müalicə müddətində daha çox ünsiyyətdə olduğum həkim və tibb bacılarından söhbət açmaq istərdim. İlk növbədə, qastroenterologiya şöbəsinin müdiri həkim Gülnarə Mahmudovaya minnətdarlıq etmək istərdim. Öyrəndim ki, Gülnarə xanım 13 ildir ki, bu sahədə çalışır. Kimi dindirsən deyir ki, onun şəfalı əlləri var olsun.

    Həkimin təyin etdiyi müalicə əsasında hər gün qəbulunda olduğum Fizioterapiya şöbəsinin tibb bacısı Turanə Seyidovanın otağına daxil olduqda, ilk növbədə, diqqəti bu xanıma müxtəlif təşkilatlardan verilmiş 20-dən artıq təşşəkkürnamələr cəlb edir. Öyrəndim ki, Turanə xanımın atası da veterandır. 9 ilə yaxındır ki, bu şəfa ocağında çalışır. Bu sahədə mükəmməl mütəxəsissdir. O, atasından veteran olduğundan qürur duyduğunu bildirir və onun yanına şəfa üçün gələnlərə qayğı ilə yanaşır. Ona görə də gər gün Turanə xanımın otağının qarşısında uzun növbə yaranır. O isə hər bir xəstəni səmimiyyətlə qəbul edir və əlindən gələni əsirgəmir. Deyir ki, xəstələrdən aldığım ən qiymətli hədiyyə “Çox sağ olun, əlləriniz, qollarınız var olsun”- sözləridir.
    Hər gün qarşılaşdığım tibb bacıısı Rəna Əliyevanın da zəhmətini, səmimiyyətini qeyd etmək istərdim.

    Müalicəm başa çatdıqdan sonra həkimlərin hamısı ilə səmimi görüşdüm. Sanki iki həftə yox, uzun illər idi ki, bir yerdə idik. Bu qısa zamanda bu qədər mehribanlaşmamıza səbəb, ilk növbədə, həkimlərin səmimiyyəti, diqqət və qayğısı oldu. Xəstəxanadan çıxarkən baş həkim Nicat Cəlilovla da görüşüb minnətdarlıq etməyi özümə borc bildim. Nicat həkim bu minnətdarlığın qarşısında “Xəstələrə xidmət etmək hər birmizin borcudur. Bu minnətdarlıq, ilk növbədə, veteranlara belə bir şərait yaratdıqlarna görə cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya düşür”, – deyə bildirdi.

    Fərəç ABBASOV,
    Əmək veteranı
    Saatlı rayonu

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ