Festival çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur imzalayıblar.
Sənədə əsasən tərəflər iki ölkənin aidiyyəti qurumları arasında təsviri, tətbiqi sənət sahələrində əlaqələrin möhkəmlənməsi, qarşılıqlı təcrübə mübadiləsi, milli mədəni irs və incəsənət sahəsində ortaq layihələrin həyata keçirilməsi istiqamətində müvafiq iş aparacaqlar.
Qeyd olunur ki, rəssamlarının əsərlərini nümayiş etdirmək üçün ortaq layihələrin həyata keçirilməsi, rəssamlar, heykəltəraşlar və digər incəsənət nümayəndələri üçün ustad dərsləri, seminarlar və təlim proqramlarının təşkili, zəngin mədəni irsinin qorunması və təbliği məqsədilə birgə layihələr, habelə gənc rəssamların və sənətkarların inkişafı üçün müsabiqələr, təqaüd proqramları və sərgilərin təşkili də həyata keçiriləcək.
